Ölkə

Azərbaycanda bu şəxslərə mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib. Mənzillər Yevlax şəhərində yerləşən MİDA Yaşayış Kompleksindədir. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirak ediblər.

AZERFAX.AZ xəbər verir ki, çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramının 5 dəfə genişləndirildiyi bildirilib. Qeyd olunub ki, bu gün təqdim edilən mənzillər də daxil olmaqla postmüharibə dövründə qeyd edilən kateqoriyalara aid şəxslərə 7350-dən, ümumilikdə, ötən dövrdə 16 mindən çox mənzil verilib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri ilə yanaşı, onların digər istiqamətlərdə də sosial dəstək tədbirləri ilə əhatə olunduqları diqqətə çatdırılıb.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button