Ölkə
Rassell sessiyanı böyük fərqlə lider tamamladı


“Mercedes” pilotu Corc Rassell sessiyanın son anlarında 1:42.526 nəticə göstərərək rəqiblərindən ciddi şəkildə fərqlənib.
AZERFAX.AZ-ın tədbirdəki müxbiri xəbər verir ki, Rassell ən yaxın izləyicilərini 0,9 saniyə qabaqlayaraq həmin anda zaman cədvəlinin zirvəsinə yüksəlib.
İsak Hacar son cəhdində ilk sektoru uğurla keçərək nəticəsini yaxşılaşdırıb və üçüncü pilləyə qalxıb. Lando Norris isə 3-cü döngədə bolidini saxlamalı olub. Bu səbəbdən “McLaren” pilotu son dövrəsində nəticəsini yaxşılaşdırmaq imkanını itirib.
Sessiya damalı bayrağın göstərilməsi ilə başa çatıb.



