Ölkə

ABŞ və Çin münasibətləri heç vaxt indiki qədər yaxşı olmayıb

Ağ Evdə Çin sədri Si Cinpinlə bir araya gələn ABŞ Prezidenti Donald Tramp onun şərəfinə şam yeməyi verib.

AZERFAX.AZ xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı münasibətlərdən danışan Tramp, ABŞ-Çin əlaqələrinin son dövrlərdə yaxşılaşdığını bildirib. O, iki ölkə liderinin fərqli siyasi sistemləri təmsil etdiyini, buna baxmayaraq xalqlar arasında əlaqələrin davam etdiyini vurğulayıb. Tramp bildirib ki, ABŞ və Çin arasındakı münasibətlər heç vaxt indiki qədər yaxşı olmayıb. O, bu fikirlərinin iki ölkə arasında mövcud dostluq münasibətlərinin göstəricisi olduğunu qeyd edib.

Tramp Si Cinpinə amerikalı rəssam tərəfindən hazırlanmış xüsusi sənət əsəri də hədiyyə edib. Tramp əsərin dünyanın ən böyük sənətçilərindən biri kimi təqdim etdiyi amerikalı rəssam tərəfindən hazırlandığını deyib. O, hədiyyənin dizaynında həyat yoldaşı Melaniya Trampla birlikdə iştirak etdiklərini də açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button