Dünya
İrandan Yaxın Şərq ölkələrinə XƏBƏRDARLIQ

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi Yaxın Şərq ölkələrini İrana qarşı ABŞ ilə əməkdaşlıq etməməyə və Amerikanın “təhlükəsizlik çətirinə” etibar etməməyə çağırıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Al Mayadeen” televiziya kanalı məlumat yayıb .
O, həmçinin xəbərdarlıq etdi ki, İran ABŞ-ın hər hansı yeni hücumuna, xüsusən də İranın nüvə obyektlərinə qarşı cavab verəcək.
Sentyabrın 26-da ABŞ Prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs və Hörmüz boğazının açılması təklifini rədd edib.
“The Wall Street” Journal qəzetinin məlumatına görə, o, noyabr ayında keçiriləcək konqres seçkilərindən sonra hücumların bərpa olunacağını gözləyir.



