Ölkə
Kürdəmirdə ildırım düşdü – Ölən var


Kürdəmirdə bədbəxt hadisə baş verib.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.
Belə ki, 51 yaşlı Ağsu rayon sakini Zabit Hacıalıyev qoyun nobatından qayıdarkən onu ildırım vurub və o elə hadisə yerindəcə dünyasını dəyişib.Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Xatırladaq ki, hadisə zamanı həmçinin bir neçə xırdabuynuzlu heyvan da tələf olub.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.



