Ölkə
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə


Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun A. Məhərrəmov, 20 Yanvar, M. Cəfərov və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.



