Kim Çen Inın bacısından Cənubi Koreyaya ultimatum: Vuracağıq!

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon ölkəsinin Cənubi Koreya Respublikası ilə sərhəddə, demilitarizasiya zonasındakı mina partlayışına aidiyyəti olmadığını bildirib.
AZERFAX.AZ bu barədə xarici mətbuata istinadən xəbər verir.
O, Cənubi Koreya hərbçilərinin hadisə ilə bağlı apardığı araşdırmanın nəticələrini “təxribat” adlandırıb və Pxenyanın mina partlayışında iştirakının olmadığını vurğulayıb.
Kim Yo Çjonun sözlərinə görə, Şimali Koreya hərbçilərinin son iki ildə sərhəd ərazisində maneələr inşa etməsi ölkənin suveren hüququdur və hərbi məqsəd daşımır.
Şimali Koreya rəsmisi həmçinin xəbərdarlıq edib ki, maneələrin tikintisi ilə məşğul olan hərbçilərə Cənubi Koreya tərəfindən atəş açılarsa, Pxenyan buna zərbə ilə cavab verəcək.



