yeni vergi tətbiq oluna bilər

Fransada qazlı içkilərdən sonra şəkərli qida məhsullarına da yeni vergi tətbiq edilməsi təklif olunur.
AZERFAX.AZ xəbər verir ki, hökumət bu addımla şəkər istehlakını azaltmaqla yanaşı, 2027-ci ildən dövlət büdcəsinə ən azı 200 milyon avro əlavə gəlir əldə etməyi hədəfləyir.
Yeni verginin tort, şokolad pastası və digər şəkərli məhsullara şamil olunması nəzərdə tutulur. Məhsulun tərkibində şəkərin miqdarı artdıqca, şirkətlərin ödəyəcəyi verginin məbləği də yüksələcək.
Qeyd edək ki, qazlı içkilərə tətbiq olunan verginin 2026-cı ildə büdcəyə təxminən 1 milyard avro gəlir gətirəcəyi gözlənilir. Bununla belə, iqtisadçılar bu tədbirlərin istehlakçıların vərdişlərini köklü şəkildə dəyişmədiyini bildirirlər.
Qida sənayesi nümayəndələri yeni verginin əsas yükünün aztəminatlı əhalinin üzərinə düşə biləcəyindən narahatdırlar. Hökumət isə hələlik yekun qərarın qəbul edilmədiyini və məsələnin Nazirlər Şurasında müzakirə olunacağını açıqlayıb.



