AZERFAX TV
Zelenski cəbhə xəttinə getdi, xalqa müraciət etdi

Ukrayna lideri Vladimir Zelenski oktyabrın 1-də cəbhə xəttinə gəlib.
AZERFAX.AZ xəbər verir ki, Zelenski bu barədə özü “Telegram” kanalında məlumat verib.
Zelenski Ukrayna Silahlı Qüvvələrinin (UAF) əsgərlərinə və ölkə vətəndaşlarına müraciət edib. Ukrayna prezidentinin yerləşdiyi cəbhə xəttinin dəqiq hansı hissə olduğu məlum deyil.
Zelenskinin cəbhəyə sonuncu səfəri avqustun sonlarında, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixaylo Drapaty ilə birlikdə Aleksandrivka sektoruna baş çəkdiyi zaman baş tutub.
Müəllif: Tural



