AZERFAX TV

Uşağa dərs zamanı təzyiq göstərmək olmaz

Valideynlər uşağın dərs hazırladığı zaman onu tənqid etməməli, səhvlərinə və səliqəsiz xəttinə görə danlamamalıdırlar.

AZERFAX.AZ “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu uşaq psixoloqu və neyropsixoloq Natalya Naumova deyib.

Onun sözlərinə görə, evdə dərs prosesi valideynlə uşaq arasındakı münasibətlərə mənfi təsir göstərməməlidir. Əksinə, valideynin əsas vəzifəsi uşağın öyrənməsi üçün sakit və dəstəkləyici mühit yaratmaqdır.

Psixoloq bildirib ki, uşağa göstərilən təzyiq onda təhsilin şəxsi məsuliyyət deyil, məcburiyyət olduğu hissini yarada bilər. Stress və qorxu isə uşağın diqqətini bilikləri mənimsəməkdən yayındıraraq psixoloji müdafiəyə yönəldir. Nəticədə bu, dərs göstəricilərinin pisləşməsinə, motivasiyanın azalmasına və ailəyə olan etimadın sarsılmasına səbəb ola bilər.

Naumova valideynlərə uşaqları yalnız nəticəyə görə deyil, göstərdikləri səylərə görə də tərifləməyi tövsiyə edib. Onun fikrincə, uşaq tapşırıqları mümkün qədər özü yerinə yetirməli, valideyn isə ona mentor kimi dəstək verməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button