AZERFAX TV

Zelenski Kliçkonu tənqid etdi: Kiyev zərbələrə hazır deyil

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin enerji infrastrukturuna mümkün zərbələrə hazırlıq səviyyəsini tənqid edib. O, paytaxt rəhbərliyinin bu istiqamətdə zəruri tədbirləri lazımi səviyyədə həyata keçirmədiyini bildirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Zelenski Kiyevdə yaranmış vəziyyətlə bağlı şəhər hakimiyyətinin fəaliyyətindən narazılığını ifadə edib. “Kiyevlə bağlı ayrıca tapşırıqlar müəyyənləşdirilib. Buna səbəb şəhər hakimiyyətinin zəruri addımları demək olar ki, tamamilə yerinə yetirməməsidir”, – deyə Ukrayna prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl Kiyev meri Vitali Kliçko “Bild” nəşrinə müsahibəsində Zelenskinin ətrafındakı korrupsiyanın Ukraynanın müdafiə qabiliyyətinə zərər vurduğunu və ölkənin beynəlxalq tərəfdaşlar qarşısındakı nüfuzuna mənfi təsir göstərdiyini deyib. O vurğulayıb ki, müttəfiqlərlə münasibətlər etimada əsaslanır və bu etimadı qorumaq olduqca vacibdir.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button