AZERFAX TV
7,6 bal gücündə zəlzələ oldu

Panamanın cənub sahillərində 7,6 maqnitudalı zəlzələ qeydə alınıb.
AZERFAX.AZ xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Pitaloza Arriba yaşayış məntəqəsinin yaxınlığında, təxminən 10 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar paytaxtda və ölkənin bir sıra ərazilərində hiss olunub.
Güclü təkanlardan sonra bir sıra ölkələrin Sakit okean sahilləri üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq da verilib.
Zəlzələnin törətdiyi dağıntılar və mümkün tələfat barədə məlumat dəqiqləşdirilir.



