Keçmiş hərbçinin edamı canlı yayımlanacaq

ABŞ-da 2009-cu ildə Fort Hud hərbi bazasında 13 nəfəri öldürən Nidal Malik Həsənin edamı ictimaiyyətə canlı yayımlanacaq.
AZERFAX.AZ xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset “Real America’s Voice” telekanalına müsahibəsində Həsənin güllələnmə yolu ilə edam ediləcəyini bildirib. O, ictimaiyyətin edam prosesini izləyə biləcəyini qeyd edib.
ABŞ Ordusunun açıqlamasına görə, edam dekabrın 3-də, yerli vaxtla saat 13:00-da Texas ştatındakı Fort Hud hərbi bazasında həyata keçiriləcək.
Qeyd edək ki, keçmiş hərbi psixiatr Nidal Malik Həsən 2009-cu il noyabrın 5-də Fort Hud bazasında atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, 2013-cü ildə hərbi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.
ABŞ Prezidenti Donald Tramp bu yaınlarda hökmün icrasını təsdiqləyib. Edam həyata keçirilərsə, bu, ABŞ ordusunda 1961-ci ildən bəri ilk hərbi edam, güllələnmə yolu ilə isə 1945-ci ildən bəri ilk edam olacaq.



