Ölkə

Masazırda ağır qəza, ölənlər var

Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı minik avtomobili motosikletlə toqquşub.

Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib.

Hadisənin təfərrüatları araşdırılır.

Related Articles

Bir cavab yazın

Back to top button