İdman

Mbappe bu klubda oynamaq istəyir

“Real Madrid”in futbolçusu Kilian Mbappenin klubdakı karyerası ilə bağlı yeni iddia irəli sürülüb.

AZERFAX.az xəbər verir ki, fransalı hücumçunun klubla yeni müqavilə imzalamaq üçün yüksək məbləğdə maaş tələb etdiyi bildirilir. “TeamTalk”ın məlumatına görə, ispaniyalı jurnalist Dieqo Torres Romanonun iddiasına əsasən, 27 yaşlı futbolçu yalnız illik 60 milyon avro xalis maaş alacağı təqdirdə müqaviləsini uzatmağa razıdır. Məlumatda Mbappenin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istədiyi də qeyd olunur. “Liverpul”un futbolçunun nümayəndəsi və anası Fayza Lamari ilə əlaqə saxladığı iddia edilir.

Qeyd edək ki, Kilian Mbappenin Madrid klubu ilə müqaviləsi 2029-cu ildə yekunlaşır.

Related Articles

Bir cavab yazın

Back to top button