Bakı və Yevlaxın bu ərazilərində işıq kəsiləcək


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Binəqədi RETSİ-nə daxil olan 9-cu mikrorayon Mir Cəlal küçəsinin bəzi ərazilərində saat 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Bununla yanaşı, oktyabrın 14-də Yevlax Elektrik Şəbəkəsində (EŞ) 10 kV-luq “Quşçuluq” və 35 kV-luq “Xanabad” hava xətlərində təmir işləri aparılacaq.
İşlərlə əlaqədar saat 10:00-dan 14:00-dək rayonun Kövər kəndinin bir hissəsində və Yevlax-Bərdə şosesinin kənarında yerləşən bəzi yaşayış massivlərində, saat 10:00-dan 12:00-dək Aşağı Bucaq, Xanabad, Qaraoğlan, Qəribli, Quşçu, Meyvəli, Yuxarı Bucaq kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.



