AZERFAX TV
Razılıq əldə edildi: Rum lideri Antalyaya gəlir

Cənubi Kipr Rum Administrasiyasının (GKRY) lideri Nikos Xristodulidisin Türkiyəyə səfər edəcəyi gözlənilir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Bildirilib ki, Xristodulidis noyabrın 9-20-də Antalyada keçiriləcək BMT-nin 2026-cı il İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək.
Məlumata görə, Xristodulidis sammitdə iştirakını təsdiqləyib və dəvətin diplomatik təşəbbüslər nəticəsində əldə olunduğunu bildirib.
O, Türkiyəyə səfər edən dördüncü Rum lideri olacaq.
Müəllif: Roza



