AZERFAX TV

“Sabah”ın qapıçısı ÇL-nin II turunun rəmzi heyətinə daxil edildi

“Sabah” klubunun və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Rəmzi yığmada müdafiəçilər Fredrik Şevold (“Budyo-Qlimt”), Yeff Şabo (“Ştutqart”), Henrik Falkhener (“Vikinq”) və Maksimiliano Arauxo (“Sportinq”) yer alıblar.

Yarımmüdafiəçilər arasında Vitinya (PSJ) və Joan Manzambi (“Aston Villa”), hücumçulardan isə Lamin Yamal (“Barselona”), Bredli Barkola (“Liverpul”), Harri Keyn (“Bavariya”) və Nikolo Trezoldi (“Brügge”) rəmzi heyətə daxil edilib.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının II turunda doğma meydanda Çexiyanın “Slaviya” klubunu 2:0 hesabı ilə məğlub edib.

Related Articles

Bir cavab yazın

Back to top button