Ölkə
Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 1,5 faiz olacaq


Niderlandın ING bank qrupu Azərbaycanın ÜDM artımına dair proqnozunu açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, bankın proqnozuna görə, Azərbaycanın ÜDM-i 2026-cı ildə 1,5 faiz, 2027-ci ildə 3 faiz, 2028-ci ildə isə 2,5 faiz artacaq.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48 milyon manatlıq ÜDM istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Neft-qaz sektorunda 1,2 faizlik azalma, qeyri-neft-qaz sektorunda isə 2,6 faizlik artım qeydə alınıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı isə Azərbaycanın iqtisadi artımını 2026-cı il üçün 2 faiz, 2027-ci il üçün 2,5 faiz səviyyəsində proqnozlaşdırıb.



