Kamçatka yenə silkələndi – 6,9 balla

Rusiyanın Kamçatka yarımadasında 6,9 maqnitudalı zəlzələ baş verib. Petropavlovsk-Kamçatski şəhərində yeraltı təkanların intensivliyi 5 bala qədər hiss olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, əvvəlcə zəlzələnin maqnitudası 6,5 olaraq qiymətləndirilib. Əlavə məlumatların dəqiqləşdirilməsindən sonra göstərici 6,9-a yüksəldilib.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 156 kilometr cənub-qərbdə, quruda yerləşib. Yeraltı təkanların ocağı isə 138 kilometr dərinlikdə olub.
İlkin hesablamalarda episentrin şəhərdən 161 kilometr məsafədə olduğu bildirilsə də, sonradan aparılan instrumental ölçmələr nəticəsində zəlzələnin əsas parametrləri dəqiqləşdirilib.
Müəllif: Adəm



