Ölkə

İsmayıllıda ağır qəza – Ölən və yaralananlar var

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında İsmayıllı rayonunun Balik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkət etməkdə olan “VAZ-2106” minik maşını ilə “DAF” markalı tır toqquşub. Nəticədə 64 yaşlı minik avtomobilinin sürücüsü Yasər Sadıqov ölüb, sərnişinləri isə xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button