AZERFAX TV

Trampın təyin etdiyi mətbuat katibi cəmi 6 gün sonra postunu tərk etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi təyin etdiyi Keyti Zakarayaya vəzifəsindən getməyi düşünməyi tövsiyə edib. O, Zakarayanın uğursuz debütü ilə bağlı danışarkən bu vəzifədə üzləşəcəyi çətinliklər barədə xəbərdarlıq etdiyini bildirib.

AZERFAX.AZ xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə danışıb.

“Mən dedim: ‘Qərarını yenidən nəzərdən keçirməlisən, çünki bütün bunlarla üzləşmək istəməyəcəksən’”, – Ağ Ev rəhbəri qeyd edib.

“Fox News” telekanalı Ağ Evin nümayəndəsinə istinadən Zakariyanın vəzifəyə təyin olunmasından cəmi altı gün sonra postunu tərk etdiyi barədə məlumat yayıb. Daha sonra Ağ Evdə baş verən qalmaqalın detalları da üzə çıxıb.

Belə ki, təyinatdan sonra Zakariyanın hüquq təhsili və peşə fəaliyyəti ilə bağlı iddialar mübahisəyə səbəb olub. Zakariya əvvəllər hüquq sahəsində çalışdığını bildirib, Tramp isə onu vəkil kimi təqdim edib. Sonradan onun vəkillik lisenziyasının olmadığı və lisenziya imtahanından keçə bilmədiyi barədə məlumatlar yayılıb.

Bundan başqa, yerli KİV Zakariyanın sosial şəbəkələrdə illər ərzində konspirasiya nəzəriyyələri yaydığını yazıb.

Oktyabrın 9-da təyinatı açıqlanan Zekeriya bundan əvvəl Donald Trampın “Truth Social” platformasını idarə edən “Trump Media & Technology Group” şirkətində kommunikasiya üzrə müşavir işləyib. Zakariya ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar vəzifədən ayrılan Kerolayn Levitti əvəz etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button