Ölkə
Bu dillərdə “zəhmət olmasa” sözü yoxdur


Səyahət zamanı tez-tez işlətdiyimiz “zəhmət olmasa” ifadəsini bəzi ölkələrdə eşitməyə bilərsiniz. Bunun səbəbi nəzakətin fərqli şəkildə ifadə olunmasıdır.
AZERFAX.AZ xəbər verir ki, Danimarka, İsveç, Norveç, İslandiya və Finlandiya dillərində “xahiş edirəm” mənasını tam qarşılayan ayrıca söz yoxdur.
Dilçi Ceyms Puxovskinin sözlərinə görə, bu ölkələrdə nəzakət səs tonu, bədən dili və ifadə tərzi ilə göstərilir. Məsələn, danimarkalılar “istəyə bilərəmmi?” ifadəsindən, isveçlilər isə “təşəkkür edirəm” mənasını verən “tack” sözündən istifadə edirlər.
Bu ölkələrdə birbaşa və səmərəli ünsiyyətə üstünlük verilir. Həddindən artıq rəsmi davranış isə bəzən qeyri-adi görünə bilər.



