Ölkə

Süni intellekt agentlərinə internetdə qadağalar artır

İstifadəçilərin əvəzinə internetdə axtarış edən, alış-veriş və rezervasiya həyata keçirən süni intellekt agentləri məşhur platformaların məhdudiyyətləri ilə üzləşirlər.

AZERFAX.AZ xəbər verir ki, “Amazon”, “Delta Air Lines” və bir sıra maliyyə qurumları bu agentlərin fəaliyyətini məhdudlaşdırıb. Buna səbəb kimi təhlükəsizlik riskləri və platformaların istifadə qaydalarının pozulması göstərilir.

“Amazon” istifadəçilər adından alış-veriş edən süni intellekt funksiyasına görə “Perplexity” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Digər tərəfdən, “Meta” alış-veriş imkanlarını genişləndirmək üçün “Walmart”, “Gap”, “Sephora” və “Best Buy” ilə əməkdaşlığa başlayıb.

Problemlər təkcə platformaların birbaşa məhdudiyyətləri ilə bitmir. Veb təhlükəsizliyi şirkəti “Cloudflare” 2025-ci ildə sayt sahiblərinə süni intellekt botlarını bir kliklə bloklamaq imkanı təqdim edib. Bu sistemlər icazəsiz məlumat toplanmasının və avtomatlaşdırılmış hücumların qarşısını almağa yönəlib.

Ekspertlərin fikrincə, belə məhdudiyyətlər süni intellekt agentlərinin internetdə əməliyyat imkanlarını azalda bilər. Təhlükəsizlik yoxlamalarının genişlənməsi gələcəkdə adi istifadəçilər üçün də əlavə təsdiqləmə tələbləri yarada bilər.

Related Articles

Bir cavab yazın

Back to top button