Ölkə
Bu küçədə təmirlə bağlı hərəkət tam məhdudlaşdırılacaq


Bakının Sabunçu rayonunun Bəşir Bünyadov küçəsinin Koroğlu metro stansiyasından (Piramida tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində və Bakıxanov qəsəbəsi istiqamətində təmir işləri aparılacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata əsasən, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə 21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək, 22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək, 23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək tam məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.



