Ölkə

ABŞ 300 mindən çox vizanı ləğv edib

ABŞ Prezidenti Donald Trampın administrasiyasının hakimiyyətə gəldiyi gündən indiyədək 300 mindən çox vizanı ləğv etdiyi açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə nazir müavini Mora Namdar bu barədə sosial media hesabında məlumat verib. O, Ağ Evin “X” hesabında yayımlanan və Tramp administrasiyasının əvvəlki hökumətlərlə müqayisədə daha sürətlə və daha çox viza ləğv etdiyini bildirən paylaşımı sitat gətirib. Namdar 300 mindən çox vizanın ləğv edildiyini və bu rəqəmin artmaqda davam etdiyini vurğulayıb.

O, viza sahiblərinin ABŞ qanunlarına hörmət etməli olduqlarını bildirib. Əks halda, onların ABŞ-yə səfər etmək imtiyazını itirə biləcəklərini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button