Baş nazir qərar imzaladı


Azərbaycanın Baş naziri 22 oktyabr 2026-cı ildə “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nı təsdiqləyib.
Metbuat az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, sənəd 2060-cı ilədək xalis sıfır emissiyaya nail olunmasını, 2035-ci ilədək isə istixana qazları emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaldılmasını nəzərdə tutur.
Strategiya çərçivəsində bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, ekoloji təmiz nəqliyyatın inkişafı, enerji səmərəliliyinin artırılması, tullantıların təkrar emalı və meşələrin bərpası planlaşdırılır.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji zonaları”nın inkişafı da əsas prioritetlər sırasındadır.
Strategiyanın həyata keçirilməsində beynəlxalq maliyyə dəstəyi, yeni texnologiyalar və özəl investisiyalar mühüm rol oynayacaq. Sənədin BMT-nin müvafiq Katibliyinə təqdim edilməsi nəzərdə tutulur.



