ADSEA-nın nəhəng su layihələri ölkəmizin gücünə güc qatacaq

Azərbaycanın su təsərrüfatında yeni mərhələ başlayır. ADSEA tərəfindən həyata keçirilən yeni su anbarlarının, sutəmizləyici və suötürücü qurğuların tikintisi, istismar müddətini başa vurmuş su xətlərinin yenilənməsi, su itkilərinin minimuma endirilməsinə hesablanmış layihələr ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Təkcə iki gün əvvəl media nümayəndələrinin baş çəkdiyi Yengicə və yeni Şirvan kanalları əlavə minlərlə hektar torpaq səhələrinin suvarmaq potensialına malikdirlər
Bu irimiqyaslı işlər tam reallaşdıqca, həm əhalinin içməli su təminatında, həm də suvarma suyunun əkin sahələrinə çatdırılmasında köklü dəyişikliklər baş verəcək. Bu, təkcə infrastrukturun yenilənməsi deyil, həm də kənd təsərrüfatının inkişafına, ərzaq təhlükəsizliyinə və su ehtiyatlarından daha səmərəli istifadəyə hesablanmış strateji yanaşmadır. Azərbaycanın su təsərrüfatında həyata keçirilən bu sistemli islahatlar ölkəmizi gələcəkdə su resurslarının idarə olunması sahəsində də regionun qabaqcıl və özünəməxsus təcrübəyə malik dövlətinə çevirəcək.
Bu gün suya yatırılan sərmayə sabahın təhlükəsizliyinə, dayanıqlı inkişafına və rifahına qoyulan sərmayədir!



