Ölkə

Eyni fotoda görünmək istəmədilər – Toplantıda gərginlik

ABŞ-nin Atlanta şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı ənənəvi ailə fotosu çəkilmədən başlayıb.

AZERFAX.AZ xəbər verir ki, buna səbəb bəzi avropalı diplomatların Rusiya xarici işlər naziri Sergey Lavrovla eyni fotoda yer almaq istəməməsi olub. “Associated Press”in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqton bu səbəbdən ənənəvi foto çəkilişini ləğv edib. Almaniyanın xarici işlər naziri Yohann Vadeful da məsələ ilə bağlı açıqlamasında Rusiya ilə normal münasibətlərin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, avropalı tərəfdaşların Lavrovla birgə fotosu çəkilməyəcək. Görüşdə Rusiya, Çin və Avropa ölkələrinin xarici işlər nazirləri iştirak edirlər. Toplantıda Rusiya-Ukrayna müharibəsi və İranla bağlı böhranın müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, ABŞ G20-yə sədrlik etməyi 2025-ci ildə Cənubi Afrikadan təhvil alıb.

Related Articles

Bir cavab yazın

Back to top button