Ölkə

“WhatsApp”da yenilik: profillər belə görünəcək

“WhatsApp” istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə “Android”in beta versiyasında sınaqdan keçirilib, indi isə “iOS” istifadəçiləri üçün də əlçatan olmağa başlayıb.

AZERFAX.AZ xəbər verir ki, istifadəçilər profil səhifəsinin yuxarı hissəsində görünəcək üfüqi fotonu telefonlarının qalereyasından seçə, yeni şəkil çəkə və ya “Meta AI” vasitəsilə yarada biləcəklər.

Üz qabığı fotosu profil şəklinin üzərində yerləşəcək və digər istifadəçilər söhbət məlumatlarına daxil olduqda da görünəcək.

Yeni funksiya məxfilik parametrlərini də əhatə edir. İstifadəçilər fotonun kimlərə görünəcəyini seçə biləcəklər: hamı, yalnız kontaktlar, seçilmiş kontaktlar istisna olmaqla və ya heç kim.

Funksiya hazırda “TestFlight” vasitəsilə beta istifadəçilərinin bir qisminə təqdim olunur. “WhatsApp” yeniliyin bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyini hələ açıqlamayıb.

Related Articles

Bir cavab yazın

Back to top button