İdman

“Qalatasaray”ın ulduzunun adı İngiltərə nəhəngi ilə hallandı

“Qalatasaray”ın futbolçusu Aleksey Batrakovun meneceri Vladimir Kuzmiçev oyunçunun “Liverpul”a mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

AZERFAX.AZ xəbər verir ki, menecer İngiltərə klubunun skautlarının Batrakovu izləmək üçün “Ştutqart”la oyuna gələcəyi barədə məlumatların şayiədən ibarət olduğunu deyib. Kuzmiçev futbolçu ilə bağlı başqa klublarla heç bir əlaqənin olmadığını vurğulayıb.

O, Batrakovun komandaya uyğunlaşdığını və əsas oyunçulardan birinə çevrildiyini, yaxın zamanda liderlik rolunu da üzərinə götürəcəyinə ümid etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button