Ölkə

Prezidentin vəzifə verdiyi Sadıqov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.

AZERFAX.AZ sədr təyin olunan Səbuhi Sadıqovun dosyesini təqdim edir:

1984-cü ildə anadan olub.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.

Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayıb. 2007-2018-ci illərdə “Ernst & Young” beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışmış və baş menecer səviyyəsinədək yüksəlmişdir. 2018-2021-ci illərdə PMD şirkətlər qrupunda audit departamentinin direktoru, habelə bir sıra şirkətlərin audit komitələrinin üzvü və sədri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Related Articles

Bir cavab yazın

Back to top button