Ölkə

Süni intellekt modelləri artıq özlərini öyrədirlər

Süni intellekt modelləri özlərini əvvəlkindən iki dəfə sürətli inkişaf etdirməyə başlayıb.

AZERFAX.AZ xəbər verir ki, süni intellekt şirkəti “Anthropic” tərəfindən hazırlanan modellərin inkişaf sürəti ötən dövrlə müqayisədə təxminən iki dəfə artıb. Bu barədə qeyri-kommersiya təşkilatı METR-in apardığı araşdırmada bildirilib. Məlumata görə, süni intellekt texnologiyalarının öz inkişaf prosesində daha fəal iştirak etməsi bu sürətlənmədə mühüm rol oynayır. Araşdırmada süni intellektin gələcəkdə insan müdaxiləsi olmadan özünün daha güclü versiyalarını yaratmaq imkanına yaxınlaşa biləcəyi də qeyd olunub.

Bununla belə, METR hazırda süni intellektin yeni modellərin əsas təlim mərhələlərinə müstəqil şəkildə ciddi töhfə vermək səviyyəsinə çatmadığını vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button