Ölkə
Serdar Ortaç Tarkana söz atdı: “Popun kralı mənəm”


Türkiyəli müğənni Serdar Ortaçın Tarkanla bağlı açıqlaması gündəm olub. Sənətçi Maslakda səhnəyə çıxmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
AZERFAX.AZ xəbər verir ki, türk pop musiqisinin ən yaxşı kişi ifaçılarının sıralandığı sorğuda Tarkan birinci, Serdar Ortaç ikinci, Kenan Doğulu isə üçüncü yerdə qərarlaşıb. Özünə verilən mövqeyə münasibət bildirən Ortaç “Bir nömrə mənəm, sonra Tarkan gəlir” deyib.
Söhbət zamanı şəxsi həyatı və gələcək planlarından da danışan Serdar Ortaç uzun müddətdir tək olduğunu qeyd edib. O, hazırda ilk növbədə sağlamlığına diqqət yetirmək, ayaqda qalmaq və mahnı yazmağa davam etmək istədiyini, sevgini isə bundan sonraya saxladığını söyləyib.



