Ölkə
Xocavənddə mina partladı – BİRGƏ MƏLUMAT


Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina hadisəsi baș verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu birgə məlumat yayıb.
1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.



