Azərbaycanda aqrar sektor böyüyüb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,6 %, bitkiçilik məhsullarının istehsalı isə 1,2 % çoxalıb. Məhsulun 50,2 %-i bitkiçiliyin, 49,8 %-i heyvandarlığın payına düşüb.
Hesabat dövründə diri çəkidə 504,5 min ton ət, 1 milyon 993,1 min ton süd, 1 milyard 883,9 milyon ədəd yumurta, 14,1 min ton yun, 155,8 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 2,5 %, yumurta istehsalı 0,9 % artıb. İllik müqayisədə süd istehsalı eyni qalıb, yun istehsalı 3,4 %, barama istehsalı isə 16,5 % azalıb.



