Azərbaycan millisi Andorranı məğlub etdi


Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra yığmasına qalib gəlib.
AZERFAX.AZ xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibini 1:3 hesabı ilə məğlub edib.
***
23:30
Azərbaycan millisi Andorra ilə yoldaşlıq görüşündə hesab arasındakı fərqi artırıb.
AZERFAX.AZ xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqəsində Toral Bayramov penaltini dəqiq yerinə yetirərək millimizin üçüncü qolunu vurub – 1:3.
***
23:14
Andorra millisi Azərbaycanla yoldaşlıq görüşündə hesab arasındakı fərqi azaldıb.
AZERFAX.AZ xəbər verir ki, qarşılaşmanın 55-ci dəqiqəsində Andorra yığmasının oyunçusu Cucu fərqlənərək hesabı azaldıb – 1:2.
***
23:06
Azərbaycan millisi Andorra ilə yoldaşlıq görüşündə ikinci qolu vurub.
AZERFAX.AZ xəbər verir ki, qarşılaşmanın 47-ci dəqiqəsində Musa Qurbanlı fərqlənərək hesabı 0:2-yə çatdırıb.
***
22:00
Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyununa başlayıb.
AZERFAX.AZ xəbər verir ki, qarşılaşma Andorranın Enkamp şəhərində yerləşən “Nou Estadi de la FAF” stadionunda keçirilir.



