Ölkə
Tanınmış aparıcı Günel Qədimovaya vəzifə verildi


Tanınmış aparıcı Günel Qədimovaya yeni vəzifə verilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə o, rəsmi “Instagram” hesabında paylaşım edib.
G.Qədimova bildirib ki, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışacaq.
“Artıq peşəkar fəaliyyətimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirirəm”, – deyə o paylaşımında qeyd edib.



