Ölkə
Sabirabad Elektrik Şəbəkəsinə yeni müdir təyin olundu


Sabirabad Elektrik Şəbəkəsinin müdiri vəzifəsinə təyinat olub.
AZERFAX.AZ ölkə.az-a istinadən xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrlə, Mahir Məmmədov Sabirabad rayonunda elektrik enerjisi təchizatı, şəbəkənin fəaliyyəti və xidmətin təşkili istiqamətində rəhbər vəzifəni icra edəcək.
Qeyd edək ki, Sabirabad Elektrik Şəbəkəsi “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) tərkibində fəaliyyət göstərir.



