Ölkə

Türkiyədə futbol matçı 2099-cu ilə təxirə salındı

Türkiyə Futbol Federasiyasının verdiyi qərar futbol ictimaiyyətində müzakirələrə səbəb olub.

AZERFAX.AZ “Sözcü” qəzetinə istinadən xəbər verir ki , Türkiyənin Həvəskar Liqası çərçivəsində keçirilməsi nəzərdə tutulan “Çakırköyspor” – “Çal Belediyespor” qarşılaşması 2099-cu il noyabrın 22-nə təxirə salınıb.

Məlumata görə, qarşılaşmanın yeni başlama saatı da 14:01 olaraq göstərilib. Matçın kodu isə 13766-dır.

Qarşılaşmanın tarixinin 2099-cu il kimi qeyd olunması sosial şəbəkələrdə maraqla qarşılanıb. Qərarın texniki səhv nəticəsində verilib-verilmədiyi ilə bağlı isə hələlik rəsmi açıqlama yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button