Ölkə

Bahar Muradova təyyarədə Aydan Rəhimli ilə görüşdü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıdan İstanbula uçuş zamanı “Rəşadət” ordenli bələdçi Aydan Rəhimli ilə qarşılaşıb.

AZERFAX.AZ xəbər verir ki, komitə sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edərək Aydanla ötən il baş vermiş təyyarə faciəsindən sonra yaşadıqları görüşü xatırladıb. Onun sözlərinə görə, həmin vaxt Aydan anası ilə birlikdə Dövlət Komitəsində qəbul edilib. Ağır sarsıntı keçirən gənc bələdçi görüş zamanı bütün çətinliklərə baxmayaraq, sevdiyi peşəyə davam etmək niyyətində olduğunu bildirib. Bahar Muradova Aydanı yenidən iş başında görməyin onda böyük sevinc və qürur hissi yaratdığını vurğulayıb:

“Bu gün Bakıdan İstanbula uçan AZAL təyyarəsində “Rəşadət” ordenli Aydan Rəhimli ilə qarşılaşmaq mənə unudulmaz anlar yaşatdı. İlk növbədə ​onunla ötən il hamımız üçün böyük kədər doğuran məlum faciə sonrası anası ilə birgə Dövlət Komitəsində baş tutan görüşümüzü xatırladım. Çox sarsılmışdı…

Bir xeyli söhbət etdik və nə qədər çətin olsa da peşəsinə davam edəcəyini, güclü olmağa çalışacağını söylədi. Və bu günkü təsadüfi görüşümüz…

Onu yenidən öz sevimli peşəsinin başında – AZAL-a məxsus, özü də ona çox yaraşan uniformada, gülərüz, dik duruşlu və işinə böyük sevgi ilə sarılmış halda görmək məni hədsiz dərəcədə duyğulandırdı”.

Related Articles

Bir cavab yazın

Back to top button