Ölkə

Xalq rəssamının oğlu evində ölü tapıldı

Paytaxtın Yasamal rayonunda evdən meyit tapılıb.

AZERFAX.AZ qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində yerləşən mənzillərin birində baş verib.

Ölən şəxsin 1960-cı il təvəllüdlü Elşad Rüstəmov olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Bildirilib ki, meyiti tapılan şəxs Xalq rəssamı Cahangir Rüstəmovun oğludur.

O, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, C.Rüstəmovun 2 oğlu var. Onun böyük oğlu Eldar Rüstəmov texniki elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button