Ölkə

SEPAH ABŞ-nin Bəhreyndəki bazalarını hədəf aldı

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki hərbi bazalarının raket və dronlarla hədəf alındığını bəyan edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasını “Tasnim” agentliyi yayıb.

Bəyanatda bildirilir ki, ABŞ dronlarının İranın hava məkanını pozmasından sonra Ər-Rifa və Əvali şəhərlərindəki bazalarda yerləşən “Patriot” hava hücumundan müdafiə sistemlərinə məxsus iki radar SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən hədəfə alınıb.

SEPAH bəyanatında İranın hava məkanının ölkənin silahlı qüvvələri üçün qırmızı xətt olduğunu vurğulayaraq, hər hansı pozuntuya sərt və qəti cavab veriləcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button