Ölkə

Xəzərdə külək güclənəcək – Gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti noyabrın 25-nə kimi davam edəcək.

Noyabrın 25-də gün ərzində şimal-qərb və şimal küləyi müşahidə olunacaq.

Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq küləyin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 2,5-3,5 m, sonrakı inkişafda 4-6 m çatacağı proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Back to top button