Ölkə

Cəlilabadda ağır qəza oldu – Xəsarət alanlar var

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, hadisə rayonun Abdullu kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “VAZ-21099” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button