Ölkə
“PSJ”nin daha bir futbolçusu sıradan çıxdı


PSJ Xviça Kvaratsxeliya və Dezire Duedən sonra daha bir aparıcı futbolçusunun xidmətindən məhrum olub.
AZERFAX.AZ xəbər verir ki, klubun müdafiəçisi Nunu Mendeş zədələnib. Portuqaliyalı futbolçunun sol bud əzələsində dartılma aşkarlanıb.
24 yaşlı müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.
Qeyd edək ki, PSJ Nunu Mendeşi 2021-ci ilin yayında “Sportinq”dən transfer edib. O, cari mövsümdə komandanın heyətində 9 rəsmi matçda meydana çıxıb.



