Siyasət

Gürcüstan Prezidenti Bakıya gəldi – Yenilənib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycana rəsmi səfərə gəlib.

AZERFAX.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıb.

10:56

Gürcüstan Prezidenti Mixail Kavelaşvili rəsmi səfərlə Azərbaycana gəlib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Bakıdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu, onun ilk xarici səfəridir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button