Dünya

1300 il əvvələ aid xəzinə tapıldı

Hollandiyanın şərqində, Almaniya sərhədinə yaxın Hezingen qəsəbəsində qızıl və gümüş xəzinəsi aşkar edilib.

AZERFAX.AZ xəbər verir ki, xəzinə 1300 il əvvələ aiddir. Məlumata görə, arxeoloji qazıntılar zamanı 100-ə yaxın qızıl və gümüş sikkələr, həmçinin qızıl kulon, sırğalar və müxtəlif qiymətli metal parçalar aşkar edilib. Arxeoloqlar qiymətli əşyaların ritual məqsədlər üçün istifadə edildiyinə dair dəlillər tapıb. Belə ki, xəzinə qurbanlıq mərasimlərinin keçirildiyi güman edilən ərazidə tapılıb. Tapıntılar bölgədə yaşayan alman icmalarının bütpərəst inanclarını qoruduğunu göstərir. Lakin 7-ci əsrin əvvəllərindən etibarən xristian missionerlərinin təsiri ilə bu ənənələrin tərk edildiyi güman edilir.
Məlumata görə, dövrün xristianları bu cür qurbanları “şeytanın pulu” kimi qələmə verirdilər və almanların xristianlığı qəbul etməsi üçün köhnə tanrılarından və ayinlərindən imtina etmələri tələb edilirdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button