Ölkə

Sumqayıtda 19 nəfər zəhərləndi


Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub.

AZERFAX.AZ APA-ya istinadən xəbər verir ki, hadisə tekstil fabrikində baş verib.


Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 21-də saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Back to top button