Himnimizin sözlərini Əhməd Cavad yazmayıb? – İDDİA

Azərbaycan Respublikasının Dövlət Himninin müəllifi ilə bağlı mübahisələr uzun illərdir kiI, davam edir. Zaman-zaman himnin sözlərini Camo bəy Cəbrayilbəyliyə, Əhməd Cavada, Cam bəy Hacınskiyə mənsubluğu barədə xeyli müzakirələr aparılıb.
AZERFAX.az Milli.Az-a istinadən xəbər verir ki, tanınmış mətnşünas alim, tədqiqatçı, fiologiya elmləri doktoru, professor Asif Rüstəmli isə iddia edir ki, himnimizin sözlərini Əhməd Cavad yazmayıb.
“Araşdırmalar nəticəsində əldə etdiyimiz bütün sənədlər, arxiv materialları, arqumentlər, faktlar və sağlam məntiq himn mətninin Cəmo bəy Cəbrayilbəyliyə aid olduğunu təsdiqləyir”
Asif Rüstəmli kitabında Azərbaycanın dövlət himninin mətninin əsl müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğunu, onun səhvən Əhməd Cavadın adına təqdim edildiyini faktlar əsasında ortaya çıxarıb və bununla da uzun illər mübahisə predmentinə çevrilən vacib bir məsələyə aydınlıq gətirib:
“Himnin mətni Cəmo bəy Cəbrayılbəylinin 1918-ci ildə yazdığı “Vətənim” adlı şeirə əsaslanır. Bu şeirin orijinal əlyazması 1967-ci ildə Cəmo bəyin bacısı nəvəsi Gülsüm Əfəndizadə tərəfindən ailəsinə təqdim olunub və hal-hazırda tədqiqatçının arxivində saxlanılır.
“Vətənim” şeiri sonrakı illərdə müxtəlif adlarla (məsələn, “Vətən marşı”, “Azərbaycan marşı”, “Azərbaycan”) çap edilib və bir çox nəşrdə müəllif olaraq Cəmo bəy göstərilib. Lakin 1992-ci ildə qəbul edilən qərarda bu mətn Əhməd Cavadın adına rəsmiləşdirilib. Arxiv sənədləri və məntiqi arqumentlər himn sözlərinin əsl müəllifinin Cəmo bəy olduğunu sübut edir’.
